“Siti”nin yeni məşqçisi açıqlandı

Baş səhifə

“Mançester Siti” klubu baş məşqçi postuna yeni təyinatını rəsmən açıqlayıb.

Metbuat.az xəbər verir ki, komanda Entso Mareskaya həvalə olunub. Tərəflər arasında 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, İtaliyalı mütəxəssis “Mançester Siti” üçün tanış simadır. O, 2022-2023-cü illərdə Xosep Qvardiolanın rəhbərlik etdiyi məşqçilər korpusunda çalışıb. Bundan əvvəl isə klubun akademiyasında və aşağı yaş qruplarında məşqçi kimi fəaliyyət göstərib.

Klub bir müddət əvvəl Xosep Qvardiolanın 2025/2026 mövsümünün sonunda vəzifəsindən ayrılacağını açıqlamışdı.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.