
Bakı. Trend:
Fransa və Oman Hörmüz boğazının minalardan təmizlənməsində birgə
iştirak etmək barədə razılığa gəliblər.
Bu barədə Fransa prezidenti Emmanuel Makron Oman sultanı Heytəm
bin Tarek Əl Səidlə görüşdən sonra bildirib.
Makronun sözlərinə görə, tərəflər dəniz yollarının
təhlükəsizliyini təmin etmək və Hörmüz boğazından sərbəst və
qeyd-şərtsiz keçidi təmin etmək üçün tərəfdaşları ilə birlikdə
işləmək niyyətindədirlər.
O əlavə edib ki, liderlər həmçinin Yaxın Şərqdəki vəziyyətin
gərginliyini azaltmaq üçün işləri davam etdirmək barədə razılığa
gəliblər.

