Polis şadlıq sarayının qarşısında baş verən insident ilə bağlı açıqlama yayıb

Baş səhifə

Bakı. Trend:

Paytaxtın Xətai rayonu, Babək prospektində yerləşən şadlıq
saraylarından birinin qarşısında baş verən insidentin qarşısı polis
əməkdaşları tərəfindən alınıb.

Trend xəbər verir ki,
bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat
verib.

Bildirilib ki, ictimai qaydanı pozan 5 nəfər, sərxoş vəziyyətdə
polis şöbəsinə gətirilib.




Həmin şəxslər ağır dərəcədə sərxoş olduqlarından ilkin mərhələdə
dindirilmələri mümkün olmayıb.

Araşdırmalar davam etdirilir.