Ebola virusunun yayılması ilə bağlı xəbərdarlıq edilib

Baş səhifə

Bakı.

Konqo Demokratik Respublikasında Ebola virusunun yayılması ilə
əlaqədar xəbərdarlıq olunub. Xəbərdarlığı “Sərhədsiz Həkimlər”
tibbi xeyriyyə təşkilatının direktorunun müavini Alan Gonzales
edib.

Trend-in məlumatına görə, bu barədə BBC-nin məlumatında
bildirilib.

Qeyd olunub ki, xəbərdarlıqda sözügedən ölkədə Ebola virusunun
yayılmasının dərin narahatlıq doğurduğu vurğulanıb.




Bu arada, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros
Adhanom Gebreyesus virusun qarşısının alınması səylərinə nəzarət
etmək üçün Konqo Demokratik Respublikasının İturi əyalətinə səfər
edib.

Məlumata görə, Konqo Demokratik Respublikasında azı 246 nəfər
Ebola virusuna yoluxaraq ölüb. 1000-dən çox insanın isə hazırda bu
xəstəliyin daşıyıcısı olduğu ehtimal edilir.