
Bakı. Trend:
Cari ilin yanvar-aprel aylarında Azərbaycandan Bolqarıstana
182,3 milyon ABŞ dolları dəyərindən bitumlu süxurlardan əldə
edilmiş 178 min ton xam neft və neft məhsulları ixrac olunub.
Trend Azərbaycanın
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin
müvafiq dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 128,5
milyon ABŞ-dolları və ya 3,4 dəfə, fiziki həcm baxımından isə 198,7
min ton və ya 3,5 dəfə artıb.
Ötən ilin yanvar-aprel aylarında Azərbaycandan Bolqarıstana 48,2
milyon ABŞ dolları dəyərində 79,3 min ton neft və neft məhsulları
ixrac olunub.
Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında Azərbaycanın
xarici ticarət dövriyyəsi 17,403 milyard ABŞ dolları təşkil
edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 485 milyon dollar və ya
2,9 faiz çoxdur.
Xarici ticarət dövriyyəsinin ümumi həcmindən 11,9 milyard dollar
ixracın, 5,5 milyard dollar isə idxalın payına düşüb. Son bir ildə
ixracın həcmi 3,1 milyard dollar (35,2 faiz) artdığı halda, idxalın
həcmi 2,6 milyard dollar (32,1 faiz) azalıb.

