“Atletiko” argentinalı hücumçuya yeni müqavilə təklif etməyi planlaşdırır

Baş səhifə

Bakı. Trend:

“Atletiko” bir çox klubun transfer siyahısında yer alan Xulian
Alvaresi əldən buraxmaq istəmir.

Trend xəbər verir ki,
La Liqa nəhəngi argentinalı hücumçuya yeni müqavilə təklif etməyi
planlaşdırır. Bu barədə “Cadena COPE” məlumat yayıb.




Klub yeni sözləşmədə Alvaresin maaşını artırmağı nəzərdə tutur.
26 yaşlı forvarda illik 10 milyon avro əməkhaqqı təklif
olunacaq.

Qeyd edək ki, “Atletiko” Xulian Alvaresi 2024-cü ilin yayında “Mançester Siti”dən 75 milyon avroya transfer edib. Argentina
millisinin üzvü başa çatan mövsümdə Madrid təmsilçisinin heyətində
meydana çıxdığı 49 rəsmi matçda 20 qol və 9 məhsuldar ötürmə ilə
yadda qalıb.