
Bakı. Trend:
İranla saziş hələ tam şəkildə razılaşdırılmayıb.
Trend-in
məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth
Social” sosial şəbəkəsində yazıb.
“Əgər mən İranla saziş bağlasam, bu, [ABŞ-nin 44-cü Prezidenti
Barak] Obamanın bağladığı kimi olmayacaq, yaxşı və düzgün saziş
olacaq. Obama İrana böyük məbləğdə nağd vəsait vermiş və ona nüvə
silahı əldə etmək yolu açmışdı”, – deyə ABŞ prezidenti
bildirib.
“Bizim razılaşmamız bunun tam əksidir, amma heç kim onu
görməyib, heç kim onun nə olduğunu bilmir. Hələ ki, tam şəkildə
razılaşdırılmayıb. Ona görə də haqqında heç nə bilmədikləri
mövzuları tənqid edən uğursuz adamlara qulaq asmayın. Məndən əvvəl
olub bu problemi illər əvvəl həll etməli olanlardan fərqli olaraq,
mən pis sazişlər bağlamıram”, – deyə o bildirib.

