İranla danışıqlarda irəliləyiş əldə edilib – Cey Di Vens

Baş səhifə

Bakı. Trend:

İranla danışıqlar zamanı bəzi məsələlərdə əhəmiyyətli irəliləyiş
əldə edilib.

Trend-in
məlumatına görə, bu barədə ABŞ vitse prezidenti Cey Di Vens Ağ Evdə
brifinq zamanı deyib.




“Hər iki istiqamətdə çoxlu hərəkət var, çoxlu irəliləyiş əldə
edilir, amma biz sadəcə üzərində işləməyə davam edəcəyik və
nəticədə ya razılığa gələcəyik, ya da gəlməyəcəyik”, – deyə o
bildirib.

“Amma biz bunun üzərində işləməyə davam edəcəyik və düşünürəm
ki, bu müzakirələri qapalı şəkildə aparmaq bizim üçün vacibdir.
Çünki bəzən danışıqlar apararkən və baş verən hər şeyi
ictimailəşdirərkən, bu, əslində vəziyyəti lazım olduğundan daha da
çətinləşdirir”, – deyə ABŞ vitse-prezidenti əlavə edib.