
Bakı.Trend:
Hətta Hörmüz boğazı sabah açılsa belə, Qətərin neft hasilatını
müharibədən əvvəlki (ABŞ-İsrail-İran münaqişəsi nəzərdə
tutulur-red) səviyyəyə qaytarması üçün, illər lazım olacaq.
Trend bu barədə
xarici mediaya istinadla xəbər verir.
Bildirilib ki, boğazdan yan keçməyə imkan verən boru kəmərlərinə
malik olan Səudiyyə Ərəbistanı və BƏƏ-dən fərqli olaraq, Qətər üçün
coğrafi baxımdan karbohidrogenlərin alternativ ixrac yolları
məhduddur. İranın tətbiq etdiyi blokadadan 24 saat sonra dövlət
enerji şirkəti “QatarEnergy” müqavilə öhdəliklərini yerinə yetirə
bilmədiyini elan edib.
Analitiklərin qiymətləndirməsinə görə, “QatarEnergy” müharibənin
əvvəlindən artıq milyardlarla dollar itirib və boğaz bağlı qaldığı
hər gün itirilmiş gəlir və gəmilərin fraxt ödənişləri səbəbindən
daha yüz milyonlarla dollar zərər görür.
Beynəlxalq Valyuta Fondu Qətər iqtisadiyyatının bu il 8,6 faiz
geriləyəcəyini proqnozlaşdırır.

