Duran “Əl-Nəsr”dən “Benfika”ya keçib

Baş səhifə

Bakı. Trend:

Hücumçu Con Duran “Əl-Nəsr”dən icarə əsasında “Benfika”ya
keçib.

Portuqaliya klubu 22 yaşlı kolumbiyalı futbolçunu 2026/27
mövsümünün sonuna qədər 30 milyon avroya almaq hüququ ilə icarəyə
verib.




“Con Durana karyerasının bu yeni fəslində uğurlar arzulayırıq”,
– “Əl-Nəsr”in mətbuat xidməti sosial media səhifəsində
bildirib.

Hücumçu 2025/26 mövsümünün ikinci yarısını “Zenit”də keçirib.
Duran “göy-ağ-mavilər”in heyətində Rusiya Premyer Liqasında altı
oyun keçirib və bir qol vurub. Transfermarkt-ın məlumatına görə,
onun transfer dəyəri 15 milyon avrodur.
Hücumçu əvvəllər “Aston Villa” və “Fənərbağça”da da oynayıb.