Çində avtomobil tunelində partlayış olub, ölənlər var

Baş səhifə

Bakı. Trend:

Çinin Tsuntsin şəhərində avtomobil tunelində baş verən partlayış
nəticəsində dörd nəfər ölüb, doqquz nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə “Xinhua” agentliyi xəbər
verib.




Məlumata əsasən, hadisə Enşi-Quanyuan magistral yolunda baş
verib. İlkin məlumata görə, tunelin içərisində tezalışan qaz
partlayışı baş verib.

Axtarış-xilasetmə əməliyyatı başa çatıb və hadisə yeri
mühasirəyə alınıb. Araşdırmalar aparılır.