
“Hizbullah” 16 aprel-17 may tarixləri arasında İsrail ordusuna qarşı 339 hərbi əməliyyat keçirdiyini və bu müddət ərzində döyüşçülərinin 48 tankı sıradan çıxardığını açıqlayıb.
APA xəbər verir ki, bu barədə təşkilatın “Telegram” kanalında məlumat verilib.
“İsrailin atəşkəsi pozmasına cavab olaraq İslam Müqavimət Qüvvələri 15 komanda məntəqəsinə, üç kazarmaya, iki hərbi bazaya, yeddi artilleriya mövqeyinə və bir vertolyot meydançasına hücum edib. Son bir ay ərzində 48 tank, 18 zirehli transportyor və 12 yolsuzluq avtomobili idarə olunan raketlər və ya kamikadze dronlarla vurularaq tamamilə və ya qismən sıradan çıxarılıb”, – məlumatda deyilir.

