
Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri Livanın cənubunda yerləşən “Hizbullah”a
aid infrastruktur obyektlərinə silsiləvi zərbələr endirib.
Trend bu barədə
xarici mediaya istinadən məlumat verir.
Məlumatda, hərəkatın konkret hansı obyektlərinin vurulduğu və
nəticələr barədə məlumat verilmir.
Qeyd edək ki, zərbələrdən əvvəl İsrailin ordu rəhbərliyi Livanın
cənubunda yerləşən yeddi kəndin əhalisi üçün təxliyə xəbərdarlığı
vermişdi.

