Bakı.Trend:
Yaxın aylarda artıq ikinci yükdaşıma gəmisinin suya buraxılması
nəzərdə tutulur. Həmin gəminin adı “Mənzil” olacaq.
Trend xəbər
verir ki, bu fikirləri Bakı Beynəlxalq Dəniz Limanı MMC-nin baş
direktoru Eldar Salahov Bakı Limanında “Gadamly” gəmisinin
qarşılanma mərasimində çıxışı zamanı səsləndirib.
E.Salahov bildirib ki, “Gadamly” gəmisinin fəaliyyəti xalqlar
arasında daha sıx və mehriban münasibətlərin formalaşmasına töhfə
verəcək.

