
Bakı. Trend:
Sumqayıt şəhəri 57 nömrəli körpələr evi – uşaq bağçasında
yardımçı otaqlardan birinə baxış zamanı mərmiyə bənzər 2 ədəd əşya
aşkar edilib.
Bu barədə Trend-ə həmin təhsil müəssisəsindən məlumat
verilib.
Bildirilib ki, hadisə ilə bağlı dərhal hüquq-mühafizə
orqanlarına məlumat verilib, ərazi nəzarətə götürülüb,
təhlükəsizlik tədbirləri gücləndirilib və müəssisədə zəruri təxliyə
tədbirləri həyata keçirilib.
“Hazırda vəziyyət tam nəzarət altındadır. İlkin ehtimallara
əsasən, aşkar olunan əşyaların əvvəlki dövrlərə aid köhnə
materiallar arasında qalması istisna edilmir. Faktla bağlı
aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. İctimaiyyətə
əlavə məlumat veriləcək”, – məlumatda qeyd olunub.


