
Baki. Trend:
Böyük Qayıdışla məktəblər də insanlar kimi öz kəndlərinə
qayıdır.
Trend xəbər verir ki, bunu Azərbaycanın Elm və təhsil naziri
Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının
103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarəti zamanı
jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə məktəblər
mərhələli şəkildə fəaliyyətini bərpa edir:
“Artıq bildiyiniz kimi, Şuşa şəhər 1 nömrəli tam orta məktəbi
fəaliyyət göstərir. Yaxın illərdə Zəngilan, Cəbrayıl, Laçın və
başqa işğaldan azad edilmiş ərazilərdə də məktəblər tikilib,
istifadəyə veriləcək”, – nazir qeyd edib.


