Ceyhun Bayramov Naxçıvana dron hücumundan danışıb

Baş səhifə

Bakı. Trend:

İran tərəfinin yanaşması ondan ibarətdir ki, dronlar İran
tərəfindən atılmayıb, hansısa 3-cü ölkələrin təxribatı həyata
keçirilib.

Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri
Ceyhun Bayramov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının
103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarəti zamanı
jurnalistlərə açıqlamasında deyib.

“İrandan Naxçıvana dron hücumu baş verərkən dərhal Azərbaycan
tərəfinin buna reaksiya olmuşdur. Bundan sonra İran tərəfi ilə
çoxsaylı təmaslarımız olmuşdur. İran İslam Respublikasının
Prezidenti tərəfindən cənab Prezidentə zəng olunmuşdur. O cümlədən
bu məsələ ilə bağlı mən bir neçə dəfə İran xarici işlər naziri
Abbas Əraqçi ilə danışıqlar aparmışam. İran tərəfinin yanaşması
ondan ibarətdir ki, dronlar İran tərəfindən atılmayıb, hansısa 3-cü
ölkələrin təxribatı həyata keçirilib. Onlar bu məsələnin ciddi
şəkildə araşıdırılması barədə Azərbaycan tərəfinə vəd vermişlər.
Bundan sonra bizim hərbçilər xətiilə də təmaslar olub”, – naxir
vurğulayıb.