Yevlax. Trend:
Yevlax rayonunda ağır yol qəzası baş verib.
Trend-in yerli müxbirinin məlumatına əsasən, hadisə rayon
ərazisində qeydə alınıb. “Mercedes” markalı mikroavtobus hərəkətdə
olarkən sürücünün idarəetməsindən çıxaraq yol kənarına aşıb.
Qəza zamanı 20-dən artıq sərnişin müxtəlif dərəcəli xəsarətlər
alıb. Yaralılar təcili olaraq Yevlax və Mingəçevir şəhərlərindəki
xəstəxanalara yerləşdiriliblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və
aidiyyəti qurumların nümayəndələri cəlb olunub. Faktla bağlı
araşdırma aparılır.

