Qarabağda və Şərqi Zəngəzurda bərpa işləri müəyyən olunmuş strateji xəttin müasir mərhələsini əks etdirir – Samir Nuriyev

Baş səhifə

Bakı. Trend:

Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən
genişmiqyaslı bərpa və yenidənqurma işləri, yeni memarlıq
konsepsiyalarının tətbiqi müəyyən olunmuş strateji xəttin müasir
mərhələsini əks etdirir. Həmin ərazilərdə aparılan genişmiqyaslı
bərpa-quruculuq işləri, planlı urbanizasiya, dayanıqlı
infrastrukturun qurulması və ekoloji yanaşmaların tətbiqi
münaqişədən sonra şəhərsalmada Azərbaycan modelinin formalaşdığını
deməyə əsas verir.

Trend xəbər verir ki,
bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
rəhbəri Samir Nuriyevin Ümummilli Lider Heydər Əliyevin anadan
olmasının 103-cü ildönümü ilə bağlı məqaləsində bildirilib.

Qeyd edilib ki, yeni model beynəlxalq praktikada münaqişədən
sonra ərazilərin bərpasında əsas problemlərdən biri olan plansız
inkişaf riskinin qarşısını alaraq, inteqrasiya olunmuş və
uzunmüddətli planlaşdırma yanaşmasını ön plana çıxarır. “Həqiqətən
də hazırda dünyanın bir çox ölkələri plansız şəhərsalma və yaşayış
sahələrinin çatışmazlığı problemləri ilə üzləşdiyi halda,
Azərbaycan hətta vaxtilə dağıdılmış ərazilərdə belə planlı,
funksional və yaşamaq üçün əlverişli mühit formalaşdırmaq
bacarığını nümayiş etdirir. Bu, artıq təkcə milli uğur deyil,
beynəlxalq miqyasda müqayisə oluna bilən əyani təcrübə kimi
qiymətləndirilə bilər”, – deyə məqalədə vurğulanıb.