Ağdamda ağır qəza: 3 ölən, 4 xəsarət alan var

Baş səhifə

Ağdamda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, qəza Ağdam-Xankəndi yolunun Ağdam rayonunun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KIA” və “VAZ-2106” markalı minik avtomobilləri toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.