
Ağdam rayonu ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı artıb.
APA-nın yerli müxbirinin əldə etdiyi məlumata görə, ağır yaralananlardan daha bir nəfər həyatını itirib. Bununla da qəza nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.
Hadisə yerinə cəlb olunan FHN-nin Qarabağ Regional Mərkəzinin xilasediciləri avtomobillərdə sıxılmış vəziyyətdə qalan meyitləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma davam etdirilir.
07:52
Ağdamda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, qəza Ağdam-Xankəndi yolunun Ağdam rayonunun Çuxurməhlə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “KIA” və “VAZ-2106” markalı minik avtomobilləri toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.


