
Bakı. Trend:
Delimitasiya, demarkasiya çox böyük bir prosesdir.
Trend xəbər verir ki,
bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ümummilli
Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı
Fəxri xiyabanı ziyarəti zamanı jurnalistlərə açıqlamasında
deyib.
“Delimitasiya, demarkasiya çox böyük bir prosesdir. Burada çox
texniki məsələlər var. Bu, qısa müddətdə baş verən bir proses
deyil. Burada işlər gedir. Biz bir daha şahid olduq ki, səhv
etmirəmsə aprelin 29-da Azərbaycan Azərbaycan nümayəndə heyəti, Baş
nazirin müavini Şahin Musayafayev və onun rəhbərliyi ilə
Ermənistana səfər edildi. Orada komissiyaların növbəti iclası
keçirildi. Reqlament tipli 3 sənəd razılaşdırıldı. Bu reqlament
sonrakı işlərin sturkturunu müəyyən edir”, – nazir bildirib.

