ABŞ İranın dəniz blokadasının başlanğıcından bəri dörd gəminin sıradan çıxarıb

Baş səhifə

Bakı. Trend:

ABŞ hərbçiləri İranın dəniz blokadasına başladıqdan sonra 58
tankerin istiqamətini dəyişib və blokadanı pozmağa cəhd edən 4
gəmini sıradan çıxarıb.

Trend-in
məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi
Komandalığı “X” sosial şəbəkəsində yazıb.




“ABŞ ordusu İranın dəniz blokadasını davam etdirir. 13 apreldən
bu günə qədər Mərkəzi Komandanlıq qüvvələri 58 ticarət gəmisini
istiqamətləndirib və İran limanlarına girməyə və ya çıxmağa çalışan
dörd gəmini zərərsizləşdirib.