
Bakı. Trend:
“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes “Qalatasaray”ın maraq dairəsindədir.
Trend xəbər verir ki,
jurnalist Florian Plettenbergin məlumatına görə, Türkiyə klubu bu
yay transferlər vasitəsilə yenidən iddialı olmağı planlaşdırır.
Klubun diqqət mərkəzində əsasən “10 nömrə” və “6 nömrə”
mövqeləridir.
“Qalatasaray” ötən transfer pəncərəsində də Fernandeslə
maraqlanmışdı və o, hələ də klubun hədəflərindən biridir. Klub
portuqaliyalı futbolçunun nümayəndələri ilə yenidən əlaqə saxlamaq
istəyir, lakin “Mançester Yunayted”də onun Çempionlar Liqasında
oynamaq imkanı olduğu üçün transferin reallaşma şansını yüksək
qiymətləndirmir.
Bu mövsüm Bruno Premyer Liqada 32 oyuna çıxıb, 8 qol vurub və 19
məhsuldar ötürmə edib.

