ABŞ Kubada hərbi əməliyyat ehtimalını nəzərdən keçirir

Baş səhifə

Bakı. Trend:

Ağ Ev mövcud hökuməti devirmək üçün Kubada hərbi əməliyyat
keçirmək imkanını nəzərdən keçirir, lakin hələlik diplomatik
vasitələrə üstünlük verir.

Trend-in məlumatına görə, bu barədə “Politico” qəzeti ABŞ
administrasiyasındakı öz mənbələrinə istinadən xəbər verib.




Məlumata əsasən, Vaşinqton Havananı dövlət müəssisələrinin
özəlləşdirilməsi, xarici investisiyaların rolunun artırılması və
ölkə vətəndaşları arasında internetə çıxışın genişləndirilməsi
daxil olmaqla iqtisadi islahatlar həyata keçirməyə təşviq etməyə
çalışır.

ABŞ-nin Kubaya qarşı digər tələbi Amerika enerji resurslarının
alınmasıdır.