2022-ci ildən etibarən 78 uşaq himayədar ailəyə verilib

Baş səhifə

Bakı. Trend:

2022-ci ildən etibarən tətbiq olunan himayədar ailə modeli
çərçivəsində bu dövr ərzində 34-ü oğlan, 44-ü qız olmaqla
ümumilikdə 78 uşaq himayədar ailəyə verilib.

Trend xəbər
verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev
bu gün Bakıda keçirilən “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq
siyasəti” mövzusunda keçirilən konfransda çıxışı zamanı
bildirib.




Onun sözlərinə görə, reinteqrasiya tədbirləri nəticəsində
2020-ci ildən etibarən 873 uşaq ailələrinə geri qaytarılıb:

“Himayədar ailə institutunun inkişafını dəstəkləmək məqsədilə
dövlət tərəfindən himayədar ailələrə verilən uşaqlara görə aylıq
əsasla 650 manat, ildə bir dəfə olmaqla 800 manatlıq müavinət təsis
edilib”, – nazir qeyd edib.