
Bakı. Trend:
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranla bağlı münaqişənin BƏƏ-ni
daha da dərin böhrana sürükləyəcəyi təqdirdə Amerika maliyyə
dəstəyi almaq ehtimalı ilə bağlı ABŞ ilə müzakirələrə başlayıb.
Trend-in
məlumatına görə, bu barədə “The Wall Street Journal” qəzeti xəbər
verib.
“BƏƏ Mərkəzi Bankının sədri Xalid Məhəmməd Balama ötən həftə
Vaşinqtonda ABŞ Maliyyə Naziri Skott Bessent, eləcə də Maliyyə
Nazirliyi və Federal Ehtiyat Sistemi rəsmiləri ilə görüşlərdə
valyuta svop xətti məsələsini qaldırıb”, – deyə bildirilib.
Qəzetin mənbələrinə görə, BƏƏ İran ətrafındakı münaqişənin ən
pis iqtisadi nəticələrindən indiyə qədər qaçmağı bacardığını, lakin
maliyyə dəstəyinin “yenə də tələb oluna biləcəyini” vurğulayıb.

