
Bakı. Trend:
Böyük Britaniyada Endi Bernem Leyboristlər Partiyasının yeni
lideri seçilib.
“Sky News” telekanalının məlumatına görə, bu barədə hakim
partiyanın xüsusi konfransında Leyboristlər Partiyasının Milli
İcraiyyə Komitəsinin sədri Şabana Mahmud elan edib.
Leyboristlər hazırda hakimiyyətdə olduqları üçün 56 yaşlı
siyasətçi avtomatik olaraq baş nazir vəzifəsini də tutacaq. O, bu
postu daha əvvəl tərk etmək qərarına gələn Kir Starmeri əvəz
edəcək. Dauninq-stritdə hakimiyyətin təhvil verilməsi iyulun 20-nə
planlaşdırılıb.
Leyboristlər Partiyasının lideri postuna namizədlərin irəli
sürülməsi iyulun 15-də başa çatmışdı. Lakin Böyük Mançesterin sabiq
meri Endi Bernemdən başqa heç kim namizədliyini irəli
sürməmişdi.

