Bakı. Trend:
Parisdə bir nəfər Fransa paytaxtının mərkəzində yerləşən “Bank
of America” filialında partlayış planlaşdırmaqda şübhəli bilinərək
həbs edilib.
Trend-in məlumatına görə, bu barədə “Le Journal du Dimanche”
qəzeti xəbər verib.
Məlumata əsasən, şübhəli şəxs martın 27-nə keçən gecə saat
3:25-də bank binasının yaxınlığında əldəqayırma partlayıcı qurğunu
partlatmağa cəhd edərkən saxlanılıb.
Patrul polislər şəffaf maye şüşəsi və 650 qram barıt olan
fişəngdən ibarət cihazdakı qoruyucunu yandırmağa çalışarkən onu
görüblər. Yaxınlıqda olan ikinci şübhəli şəxs hadisə yerindən
qaçıb. Dindirmə zamanı saxlanılan şəxs bildirib ki, onları naməlum
şəxs işə götürüb və o, onlara 600 avro mükafat vəd edib.

