
Bakı. Trend:
“Orlando Siti”nin transfer etmək istədiyi Antuan Qrizmann
gələcəyi ilə bağlı qərarını verib.
Trend xəbər verir ki, “Atletiko”nun fransalı hücumçu MLS klubu ilə danışıqları
dayandırıb. Bu barədə “L’Équipe” nəşri məlumat yayıb.
34 yaşlı forvard ən azı yaya qədər İspaniya klubunda qalacaq.
Onun La Liqa nəhəngi ilə müqaviləsi 2027-ci ilin yayına kimi
nəzərdə tutulub.
Qeyd edək ki, Antuan Qrizmann bu mövsüm “Atletiko”nun heyətində
meydana çıxdığı 38 rəsmi matçda 12 qol və 2 məhsuldar ötürmə ilə
yadda qalıb.

