Bakı. Trend:
Xarici tərəfdaşlardan Amerika silah sifarişlərinin ümumi həcmi
900 milyard dollara çatıb, lakin müttəfiqlər artıq ödənilmiş
çatdırılmaları bir neçə il gözləməli olublar.
Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko
Rubio və Pentaqon rəhbəri Pit Heqsetin Amerikanın “USA Today”
qəzeti üçün birgə məqaləsində deyilir.
Bildirilib ki, bu, Vaşinqtonun milli təhlükəsizlik maraqlarına
xələl gətirir.
Məqalədə qeyd olunub ki, qlobal silah təchizatının 43 faizi
ABŞ-ın payına düşür. Hazırkı portfel 190 ölkə və region üçün 16
000-dən çox sifarişdən ibarətdir və dəyəri 900 milyard dollardan
çoxdur. Eyni zamanda, məqalədə ABŞ administrasiyasının əvvəlki
strategiyanın səmərəsizliyini göstərdiyi üçün hərbi təchizat
sistemində islahat aparmalı olduğu bildirilir.

