“Neftçi” -“Qarabağ” oyunu təxirə salındı

Baş səhifə

Bakı. Trend:

Misli Premyer Liqasının 21-ci turunun 21 fevral tarixinə nəzərdə
tutulmuş “Neftçi”-“Qarabağ” oyunu təxirə salınıb.

Trend bu barədə
Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir.




“Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” klubunun
rəsmi müraciəti, “Neftçi” klubunun razılıqla bağlı rəsmi cavabı
əsasında Misli Premyer Liqasının 21-ci turunun 21 fevral tarixinə
nəzərdə tutulmuş “Neftçi”-“Qarabağ” oyunu təxirə salınıb”, – deyə
PFL-in məlumatında bildirilib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsi
çərçivəsində “Qarabağ” – “Nyukasl” matçı fevralın 18-i, saat
21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start
götürəcək.