Türkiyə hökumətinin tərkibində dəyişiklik edildi

Baş səhifə

Bakı. Trend:

Türkiyənin daxili işlər naziri vəzifəsinə Mustafa Çiftçi,
ədliyyə naziri vəzifəsinə isə Akın Gürlek gətirilib.

Trend xəbər verir ki, təyinat
Prezident Rəcəb Tayyib Ərdoğanın imzaladığı sənədə əsasən, rəsmi
mətbuatda – “Resmi Gazete”də dərc olunaraq qüvvəyə minib.




Qeyd edək ki, bundan əvvəl Mustafa Çiftçi Ərzurum vilayətinin
valisi, Akın Gürlek isə İstanbul Baş prokuroru vəzifələrini icra
edib.