Gürcüstanda 16 yaşlı məktəbli dəmir yolu körpüsündən yıxılaraq ölüb

Baş səhifə

Bakı. Trend:

Gürcüstanın Batumi şəhərində 16 yaşlı məktəbli oğlan Boni
bazarının yaxınlığında yerləşən dəmir yolu körpüsündən yıxılaraq
həlak olub.

Trend xəbər verir
ki, bu barədə “NewsGeorgia” məlumat yayıb.




Məlumata görə, faciə fevralın 6-sı axşam saatlarında baş verib.
İlkin məlumatlara əsasən, yeniyetmə dostları ilə birlikdə körpüdə
şəkil çəkdirərkən ehtiyatsızlıq nəticəsində yıxılıb və yük
qatarının vaqonuna düşüb.

Bildirilir ki, ölümün əsas səbəbi dəmir yolu relsləri üzərindən
keçən yüksək gərginlikli elektrik xətlərinə toxunma ola bilər.