Bakı. Trend:
Nigeriyanın qərbində yerləşən Kvara ştatının Voro kəndinə
silahlıların hücumu nəticəsində azı 162 nəfər ölüb.
Trend xəbər verir
ki, bu barədə “The Guardian” məlumat yayıb.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin yerli bölməsinin katibi
Babaomo Ayodecinin sözlərinə görə, hazırda ölənlərin sayı 162
nəfərdir və meyitlərin axtarışı davam etdirilir.
Nigeriya polisi hücum faktını təsdiqləsə də, qurbanların sayı
ilə bağlı rəsmi açıqlama verməyib. Məlumata əsasən, silahlılar
fevralın 3-ü axşam saatlarında Voro kəndinə hücum edərək yerli
mağazaları və digər obyektləri yandırıblar.

