Bakı. Trend:
ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın
administrasiyasına Venesuelaya qarşı Konqresin təsdiqi olmadan
hərbi güc tətbiq edilməsini qadağan edən birgə qətnaməni rədd
edib.
Trend xəbər verir
ki, sənəd üzrə səsvermədə 215 konqresmen lehinə, 215 nəfər isə
əleyhinə səs verib.
Səs çoxluğu təmin olunmadığı üçün qətnamə qəbul edilməyib.
Qeyd edək ki, ötən həftə ABŞ Senatı da analoji qətnaməni
bloklayıb. Sənədi 50 senator dəstəkləyib, 50 senator isə əleyhinə
səs verib. Senata sədrlik edən ABŞ-nin vitse-prezidenti Cey Di Vens
Konstitusiyaya əsasən həlledici səsvermə hüququndan istifadə
edib.
Birgə qətnamənin qanun qüvvəsi alması üçün Konqresin hər iki
palatası tərəfindən qəbul edilməsi və prezident tərəfindən
təsdiqlənməsi tələb olunur.

