Suriya Prezidenti Əhməd əl-Şaraa kürdlərin hüquqlarını qoruyan bir fərman imzalayıb. Orada kürdlərin Suriya cəmiyyətinin ayrılmaz hissəsi olduğu və ölkə tarixində ilk dəfə olaraq kürd dilinin dövlət dili kimi tanındığı bildirilib.
“Report”un xəbərinə görə, bu barədə AFP məlumat yayıb.
Fərmana əsasən, bu, kürdlərin “əhalinin əhəmiyyətli bir hissəsini təşkil etdiyi” ərazilərdəki məktəblərdə tədris olunacaq. Qeyd olunub ki, kürd dili əhalinin, kürdlərin əhəmiyyətli bir hissəsini təşkil etdiyi ərazilərdəki məktəblərdə tədris olunacaq.
1962-ci il əhali siyahıyaalınmasında vətəndaşlıqdan məhrum edilmiş kürdlərə vətəndaşlığın bərpası hüququ verilib. Bundan əlavə, 21 martda qeyd olunan kürd bayramı Novruz rəsmi status alıb
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

