PSJ Fransa Kubokunun 1/16 finalında “Paris”ə məğlub oldu

Baş səhifə

Bakı. Trend:

Futbol üzrə Fransa Kubokunun 1/16 finalında “Pari Sen-Jermen”
komandası “Paris” klubuna 0-1 hesabı ilə məğlub oldu.

Trend-in məlumatına görə, qolu 74-cü dəqiqədə Conatan İkone
vurub.




Qeyd edək ki, PSJ Fransa Kubokunun hazırkı sahibidir və turnirdə
ən çox qələbə rekorduna sahibdir. O, 16 dəfə Fransa Kubokunun
qalibi olub.