Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb

Baş səhifə

Bakı. Trend:

İyulun 29-da Abşeron çimərliklərində gözlənilən hava şəraiti
məlum olub.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sabah
Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək.




Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 26-27, cənub
çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti
olacaq.