
Bakı.Trend:
Yəməndəki husilərin pilotsuz uçuş aparatları (PUA) ilə həyata
keçirdiyi hücumdan sonra Səudiyyə Ərəbistanında “Saudi Aramco”
şirkətinin ən böyük neft emalı kompleksi fəaliyyətini müvəqqəti
dayandırıb.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Gündə təxminən 400 min barel neft emal edən müəssisəyə edilən
hücum nəticəsində kombinə edilmiş dövriyyəli qazlaşdırma kompleksi
və rezervuar parkı zərər görüb. Təmir işlərinin avqustun 15-dən tez
başa çatdırılması gözlənilmir.
Xatırladaq ki, “Reuters” agentliyi iyulun 17-də yazmışdı ki,
İran ABŞ-nin ölkənin enerji infrastrukturu obyektlərinə zərbə
endirəcəyi təqdirdə Yəməndəki husilərdən Qırmızı dənizin
bağlanmasına hazırlaşmağı istəyib.
İyulun 20-də isə Yəmənin “Ənsar Allah” hərəkatının husiləri
Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etdiklərini
bildiriblər.

