Sığorta haqlarının həcminə görə Azərbaycanın sığorta şirkətlərinin renkinqi açıqlanıb

Baş səhifə

Bakı.Trend:

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin toplanmış
sığorta haqlarının həcminə görə renkinqi açıqlanıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən, cari ilin
yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta
şirkətləri üzrə ümumilikdə 867,396 milyon manat məbləğində sığorta
haqqı toplanıb.

Qeyd olunub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
6,16 faiz çoxdur.

Bankın məlumatına görə, hesabat dövründə ən çox sığorta haqqını “Paşa Həyat Sığorta” ASC toplayıb – 421,641 milyon manat. AMB-nin
məlumatına əsasən, ikinci yerdə “Paşa Sığorta” ASC (209,113 milyon
manat), üçüncü yerdə isə “Atəşgah Həyat” Sığorta Şirkəti (60,045
milyon manat) qərarlaşıb.

Aşağıda 2026-cı ilin yanvar-iyun aylarında toplanmış sığorta
haqlarının həcminə görə Azərbaycanın sığorta şirkətlərinin
renkinqini təqdim edirik:

Şirkətin adı

Sığorta haqqı (milyon manat)

“Paşa Həyat Sığorta”

421,641

“Paşa Sığorta”

209,113

“Atəşgah Həyat” sığorta şirkəti

60,045

“Atəşgah” sığorta şirkəti

35,348

“Qala Sığorta”

30,921

“Aqrar Sığorta”

16,291

“Meqa Həyat Sığorta”

14,759

“Azərbaycan Sənaye Sığorta”

14,746

“Meqa Sığorta” ASC

16,248

“Qala Həyat”

13,627

“Xalq Sığorta” ASC

13,572

A-Qroup” sığorta şirkəti

9,036

“AzSığorta”

6, 745

“Xalq Həyat” sığorta şirkəti

6,377

Qeyd edək ki, AMB-nin məlumatına əsasən, cari ilin yanvar-iyun
aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri üzrə
ümumilikdə 867,396 milyon manat məbləğində sığorta haqqı
toplanıb.

AMB-nin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə
müqayisədə 50,3 milyon manat və ya 6,16 faiz çoxdur.




Hesabat dövründə sığorta ödənişlərinin həcmi 549,682 milyon
manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə
117,5 milyon manat və ya 27,2 faiz çoxdur.

Qeyd edək ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA)
İcraçı direktoru Abbas Miskərli Trend-ə özəl müsahibəsində bildirib
ki, Azərbaycanda sığorta bazarı sahəsində yeni islahatlara hazırlıq
görülür.

İcraçı direktor əlavə edib ki, Azərbaycanın sığorta
qanunvericiliyində aparılan davamlı yeniliklər də xarici
tərəfdaşların marağına səbəb olur.

“Mərkəzi Bank sığorta sektorunun inkişafı istiqamətində ardıcıl
iş aparır. Qanunvericilikdə edilən dəyişikliklər, qarşılaşdığımız
problemlər və onların həlli yolları digər ölkələr üçün də faydalı
təcrübə rolunu oynayır”, – deyə A.Miskərli bildirib.

O, həmçinin yaxın dövrdə sığorta sektorunda bir sıra mühüm
yeniliklərin həyata keçiriləcəyini diqqətə çatdırıb.

“Forum çərçivəsində səsləndirilən çıxışlarda da qeyd olunduğu
kimi, sığorta qanunvericiliyinə bir sıra dəyişikliklərin edilməsi
nəzərdə tutulur. Bu dəyişikliklərin bir hissəsi sığorta
vasitəçilərinin fəaliyyətini əhatə edəcək”, – deyə o qeyd edib.

A.Miskərlinin sözlərinə görə, fiziki şəxslər üçün icbari əmlak
sığortasının təkmilləşdirilməsi istiqamətində də işlər
aparılır.