Moldovada yanacaq qıtlığı səbəbindən energetika sahəsində həyəcan rejimi elan edilib

Baş səhifə

Moldova hökuməti yanacaq tədarükündə yaranmış fasilələr səbəbindən energetika sahəsində ölkə üzrə 30 günlük həyəcan rejimi elan edib.

APA-Economics” xəbər verir ki, bu barədə qərar Nazirlər Kabinetinin iclasında qəbul olunub.

Baş nazir Vasile Tofan iclas zamanı bildirib ki, energetika sektorunda milli səviyyədə 30 gün müddətinə həyəcan rejiminin elan olunmasını təklif edir.

Nazirlər Kabinetinin üzvləri təklifi dəstəkləyiblər. Qərar rəsmi nəşr olan “Rəsmi Monitor”da dərc edildikdən sonra qüvvəyə minəcək.