
Bakı. Trend:
Fransa millisinin və “Kristal Pelas”ın hücumçusu Jan-Filip
Mateta Türkiyədə oynaya bilər.
Fransa mediasının məlumatına görə, “Beşiktaş” 29 yaşlı hücumçu
üçün artıq hərəkətə keçib.
Tərəflər arasında danışıqlar davam edir. Matetanı Səudiyyə
Ərəbistanı klubları da heyətində görmək istəyir. Təcrübəli forvard
yaxın günlərdə konkret seçimini etməlidir.
Onun “Kristal Pelas”la müqavilə müddəti 2027-ci il iyunun 30-na
qədərdir. Mateta “Lion”, “Havr”, “Maynts” klublarında çıxış
edib.

