ASCO-nun bərələri ilə bu ilin ilk yarısında 13 mindən çox sərnişin daşınıb

Baş səhifə

Bakı.Trend:

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyi” QSC-nin (ASCO) bərələri ilə 2026-cı ilin ilk yarısında
13 219 nəfər sərnişin daşınıb.

ASCO-dan verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq
dövrü ilə müqayisədə 3,41% çoxdur. Belə ki, 2025-ci ilin ilk altı
ayında bərələrlə 12 783 nəfər sərnişin daşınıb.

Bildirilib ki, hesabat dövründə ən yüksək sərnişin daşınması
iyun ayında qeydə alınıb. Həmin ay ASCO-nun bərələri ilə 2 944
nəfər sərnişin daşınıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə
25,6% artım deməkdir.




Yanvar–iyun aylarında Ələt–Kurık və Kurık–Ələt marşrutları üzrə
ümumilikdə 8 497 nəfər sərnişin daşınıb. Onlardan 4 658 nəfəri
Ələt–Kurık, 3 839 nəfəri isə Kurık–Ələt istiqamətində səfər
edib.

Eyni dövrdə Ələt–Türkmənbaşı və Türkmənbaşı–Ələt marşrutları
üzrə 4 722 nəfər sərnişin daşınıb. Bu marşrut üzrə sərnişinlərin 2
692 nəfəri Ələt–Türkmənbaşı, 2 030 nəfəri isə Türkmənbaşı–Ələt
istiqamətində səyahət edib.