
Bakı.Trend:
İordaniya hərbi hava qüvvələri ölkənin hava məkanını pozan
növbəti pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Bu barədə “Petra” agentliyi krallığın SQ nümayəndələrinə
istinadən məlumat yayıb.
Zərərsizləşdirilmiş dronun hər hansı dağıntılara səbəb olduğu
barədə məlumat yoxdur.
Ötən gün İordaniya ordusu ölkə ərazisində olan strateji
obyektlərə hədəflənmi iki başqa PUA-nı məhv etmişdi.

