
Bakı. Trend:
Venesuela ölkənin qanuni prezidenti Nikolas Maduronun
qaçırılması ilə nəticələnən ABŞ hücumuna təslim olmayıb və bütün
ölkələrlə əməkdaşlığa açıqdır.
Trend-in
məlumatına görə, bu barədə ölkənin müvəqqəti prezidenti Delsi
Rodriqes bildirib.
“Biz heç bir təcavüzə təslim olmayacağıq. Əllərimiz dünyanın
bütün ölkələrinə açılıb, onlarla iqtisadi, ticarət və enerji
əməkdaşlığı qurmağa çalışırıq”, – deyə o çıxışı zamanı
bildirib.

