
Bakı. Trend:
Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd
İshaq Dar İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon
danışığı aparıb.
Trend-in
məlumatına görə, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin
mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb.
Telefon danışığı zamanı nazirlər müxtəlif sahələrdə ikitərəfli
əməkdaşlıq məsələlərini nəzərdən keçirib, həmçinin regional
inkişaflar ətrafında fikir mübadiləsi aparıblar.
Tərəflər ticarət, kommunikasiya və əlaqələrin daha da
gücləndirilməsi istiqamətində öhdəliklərini bir daha təsdiqləyiblər
və regional sülhün, sabitliyin və inkişafın təmin olunması üçün sıx
əməkdaşlığı davam etdirməyə hazır olduqlarını vurğulayıblar.

