Ermənistanda hərbi xidmət müddəti azaldılıb

Baş səhifə

Bakı. Trend:

Ermənistan parlamenti respublikanın silahlı qüvvələrində məcburi
hərbi xidmət müddətinin 2 ildən 1,5 ilə (18 ay) endirilməsini
nəzərdə tutan qanun layihəsini ikinci və yekun oxunuşda qəbul
edib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Sənədin qəbulunu 65 deputat dəstəkləyib, 4 deputat əleyhinə səs
verib, 20 nəfər isə bitərəf qalıb.

Dəyişiklik 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.