
Kolumbiyanın şimal-qərbindəki Antiokiya departamentində məktəb avtobusunun qəzaya uğraması nəticəsində 16 nəfər ölüb, daha 20 nəfər yaralanıb.
“Report”un məlumatına görə, bu barədə yerli “El Tiempo” qəzeti xəbər verib.
Məlumata görə, orta məktəbin bir qrup məzununu daşıyan avtobus naməlum səbəbdən yoldan çıxaraq Remedios bələdiyyəsi ərazisində dərəyə aşıb. Hadisə nəticəsində azı 16 nəfər ölüb, daha 20 nəfər yaralanıb.
Yol Təhlükəsizliyi Milli Agentliyi qəzanın səbəblərini araşdırır.
“Hazırda müvafiq orqanlar qəzanın səbəblərini müəyyən etmək üçün araşdırma aparır”, – qurumun açıqlamasında deyilir.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


