Bakıda qəza olub, xəsarət alanlar var

Baş səhifə
Bakıda qəza olub, xəsarət alanlar var

Bakıda iki avtomobil toqquşub.

“Report” xəbər verir ki, hadisə paytaxtın Bəkir Çobanzadə küçəsində qeydə alınıb.

İlkin məlumatlara görə, “Porsche” və “Volkswagen” markalı minik avtomobilləri toqquşub. Nəticədə 3 nəfər xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qəzaya səbəb olan amillərin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.